Levan Xabeişvili: “4 oktyabrda İvanişvili rejimi devrilməlidir, əks halda ölkədə müxalifət və fərqli fikir qadağan ediləcək”
“4 oktyabrda Bizina İvanişvilinin rejimini devirməliyik, əks halda bu ölkədə yalnız partiyalar deyil, fərqli fikir də, müxalifət də, vətəndaş cəmiyyəti də qadağan olunacaq, siyasətçilər isə həbsdə qalacaq. O, hər şeyi edə bilər, buna təəccüblənməyin.”
InterPress.ge xəbər verir ki, bu fikirləri “Vahid Milli Hərəkat” partiyasının siyasi şurasının sədri Levan Xabeişvili bildirib.
Xabeişvili “Gürcü Arzusu”nda daxili qarşıdurma yaşandığını deyib.
“Hazırda yeganə çıxış yolu odur ki, onların daxilində bir-birinə qarşı getməsi baş versin. Müxalifətə sabiq baş nazir, keçmiş DTX və DİN rəhbərləri də qoşulub. Bu mövzunu xalq dəyərləndirməlidir, çünki orada elə qarşıdurmadadırlar ki, bir müddət özlərinə gələ bilməyəcəklər.
Ona görə də 4 oktyabrda hamımız birlikdə bu rejimin sülh yolu ilə devrilməsini təmin etməliyik,” – deyə Xabeişvili vurğulayıb.


