Qızılın qiyməti artı - Gürcüstanda vəziyyət necədir?
Qlobal bazarlarda ardıcıl üçüncü sessiyadır ki, qızılın qiyməti artır.
InterPress.ge xəbər verir ki, son ticarət nəticələrinə görə bir unsiya qızılın qiyməti 1.16% bahalaşaraq 3 356 dollar olub.
Bir neçə günlük artıma baxmayaraq, aylıq kəsimdə qızılın qiyməti 1.84% azalıb, illik müqayisədə isə 37.5% artıb. Trading Economics məlumat verir ki, qızılın bahalaşması bazardakı gözləntilərlə bağlıdır – investorlar ticarət gərginliyi fonunda aktivlər üçün təhlükəsiz “sığınacaq” axtarırlar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 1 avqustdan Kanada idxalına 35%-lik tarif tətbiq edəcəyini, digər ticarət tərəfdaşları üçün isə 15–20%-lik ümumi tariflərin tətbiqini planlaşdırdığını açıqlayıb. Bundan əlavə, Tramp Federal Ehtiyat Sistemini faiz dərəcəsini 300 baza bəndi azaltmağa çağırıb ki, bu da bazarda uzunmüddətli inflyasiya risklərinə dair gözləntiləri artırıb.
Gürcüstanda nişan üçün qızıl üzüklərin qiyməti də bahalaşıb. 2025-ci ilin mayında, ötən ilin eyni ayı ilə müqayisədə qiymət 23.4% artıb. Ay ərzində isə (may/aprel müqayisəsində) 958 əyarlı qızıl üzüklərin qiyməti 0.13% ucuzlaşıb.


