12 
Iyl
2025
16:38
340

Tbilisidə gənc rəssamların “Palitra İnteqrasiya” sərgisi keçirilib

11 iyul 2025-ci il tarixində Tbilisidə gənc rəssamların ənənəvi “Palitra İnteqrasiya” sərgisi baş tutub.

InterPress.ge xəbər verir ki, tədbir “Tbilisi Dövlət İncəsənət Akademiyası”, “İnkişaf və Təhsil Mərkəzi” və “Gürcüstan İncəsənət Akademiyası”nın birgə təşkilatçılığı ilə həyata keçirilib.

Sərgi “Tbilisi Dövlət Rəssamlıq Akademiyası”nın böyük sərgi salonunda təşkil olunub. Burada “Tea House” rəsm kursu, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”, “Rizvan Ismailov Studio”, “Borcalı Carpet & Art”, “SARAL İnkişaf və Təhsil Mərkəzi” və “Parlaq Gələcək Gənclər Mərkəzi”nin gənc rəssamlarının 100-ə yaxın əl işi nümayiş etdirilib.

Rəsmi hissədə təşkilatçıların çıxışlarından sonra tədbirdə iştirak edən mərkəzlərə “İncəsənətin regionda inkişafına verdiyi töhfəyə görə” mükafatlar təqdim olunub. Sərgi proqramı canlı musiqi ilə davam edib.

Qeyd edək ki, “Palitra İnteqrasiya” sərgiləri 2018-ci ildən etibarən mütəmadi olaraq keçirilir. Layihənin əsas məqsədi regionda incəsənətin inkişafını dəstəkləmək və gənclər arasında incəsənətə marağı artırmaqdır.

Bizimlə əlaqə saxlayın