Marneulidə baş verən cinayət hadisəsi ilə bağlı DİN açıqlama yaydı
Marneulidə yeniyetmənin bıçaqlanması faktı üzrə 19 yaşlı gənc qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, cinayət 20 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
"Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, 2006-cı il təvəllüdlü A.A.-nı yetkinlik yaşına çatmayan şəxsə qarşı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. İstintaq müəyyən edib ki, mübahisə zəminində A.A. tanışı, 2009-cu il təvəllüdlü N.R.-yə bıçaqla müxtəlif nahiyələrdən xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralı N.R. xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir. Polis əməkdaşları həyata keçirdikləri tədbirlər nəticəsində A.A.-nı isti izlərlə saxlayıblar. Cinayətdə istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 'e' bəndi ilə davam etdirilir", – deyə nazirliyin açıqlamasında bildirilir.


