10 
Iyl
2025
10:13
300

Gürcüstanın səhiyyə naziri keçmiş hökumət başçısının Türkiyəyə köçürülməsini belə izah etdi

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze bildirib ki, Acarıstan hökumətinin keçmiş sədri Tornike Rijkvadzeyə göstərilən tibbi xidmət çətin günlərdə qüsursuz və düzgün şəkildə təşkil edilib.

Nazirin sözlərinə görə, Rijkvadzeyə dair hazırkı tibbi məlumatlar ümidvericidir:

"Tornike Rijkvadzedə müsbət dinamika müşahidə olunur. Ailəsinin istəyi ilə o, Türkiyəyə köçürüldü və oradan da ümidverici məlumatlar var. Ümid edirəm ki, onun sağalması çox tez baş verəcək. Ailənin bu qərarı hər hansı zərurətdən doğmayıb – onlara mövcud vəziyyət və risklərin maksimum neytrallaşdırılması ilə bağlı tam məlumat təqdim olunmuşdu və biz də buna hörmətlə yanaşdıq. Çətin vəziyyət arxada qaldı və bu, gürcü həkimlərinin zəhmətinin nəticəsidir."

Sarcveladze həmçinin, Sagarecodakı əməliyyatı və müalicə prosesinin düzgün təşkilinə görə də təşəkkürünü bildirib:

"Əməliyyat yüksək səviyyədə keçirildi və daha sonra o, Birinci Universitet Klinikasına köçürüldü, burada da çətin günlər qüsursuz və peşəkar şəkildə idarə olundu. Nəticədə vəziyyət ümidverici hala gəldi və Türkiyəyə köçürülməsi mümkün oldu. Əgər bu parametrlər yaxşılaşmasaydı, daşınması da problemli olardı. Bu cür hallarda bizim klinikaların hazırlığı yüksək qiymətə layiqdir. Bir daha klinikaların həkimlərinə və tibb personalına böyük təşəkkürümü bildirirəm", – deyə nazirin mətbuat xidməti onun sözlərini yayıb.

Bizimlə əlaqə saxlayın