10 
Iyl
2025
00:09
194

“Vahid Milli Hərəkat” nümayəndələri Böyük Britaniyada Lordlar Palatasının üzvləri ilə görüşdü

“Vahid Milli Hərəkat” Partiyasının sədri Tina Bokuçava, baş katibi Petre Tsiskarişvili və partiya lideri Levan Sanikidze Böyük Britaniyada Lordlar Palatasının üzvləri – Lord Corc Folks və Lord Ceyms Tuig ilə görüş keçiriblər.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı “Vahid Milli Hərəkat” nümayəndə heyəti İvanişvili rejiminin qarşısının alınması strategiyasını müzakirə edib. Həmçinin İvanişvili və onun ətrafına sanksiyaların tətbiqinin əhəmiyyəti vurğulanıb.

“Görüşdə müzakirə olunan əsas mövzulardan biri İvanişvili rejiminin qarşısının alınması strategiyası oldu. Həmçinin qeyd edildi ki, İvanişviliyə və onun yaxın çevrəsinə sanksiyaların tətbiqi Gürcüstanın və gürcü xalqının gələcəyini məhv edən perspektivləri aradan qaldırmaq baxımından olduqca vacibdir”, – deyə partiyanın məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın