08 
Iyl
2025
23:03
306

İrakli Kobaxidze: “Şadam ki, Tornike Rijvadzənin sağalma prosesi yaxşı istiqamətdə gedir”

Gürcüstanın baş naziri İrakli Kobaxidze, birinci universitet klinikasında müalicə alan Acarıstan hökumətinin sabiq sədri Tornike Rijvadzəni ziyarət edib.

Baş nazir mətbuata açıqlamasında bildirib ki, Rijvadzənin vəziyyətində müsbət dinamika müşahidə olunur və onun sağalma prosesinin belə inkişaf etməsi sevindiricidir.

“Tornike Rijvadzəyə tezliklə sağalmağı arzulayıram. Şadam ki, sağalma prosesi yaxşı istiqamətdə gedir. Təbii ki, detallar barədə məlumat verə bilmərəm, amma həkimlərdən aldığımız məlumata görə vəziyyətin dinamikası müsbətdir. Allahə şükürlər olsun ki, sağalma prosesi davam edir,” – deyə Kobaxidze vurğulayıb.

Baş nazir qeyd edib ki, hadisə ilə bağlı istintaq dərhal başlanılıb və məsələnin hər detalı diqqətlə araşdırılmalıdır:

“Vacibdir ki, istintaq bütün detalların müəyyənləşdirilməsinə yönəlsin. Mən də bütün bu məsələlərlə maraqlandım və ən önəmlisi, istintaq hər şeyi araşdırmalıdır – səbəb nə olub, nə baş verib. Siz bilirsiniz ki, konkret maddə ilə cinayət işi açılıb və buna görə də hər şey araşdırılmalıdır. Hər detal önəmlidir, o cümlədən məktubla bağlı detallar da. Ümumiyyətlə, bütün halların tam öyrənilməsi vacibdir.

Öz mahiyyəti ilə bu, elə məsələdir ki, təbii olaraq xüsusi diqqət tələb edir – həm mənim tərəfimdən, həm də yalnız mənim yox, güc strukturlarının tərəfindən də xüsusi diqqət olacaq,” – deyə Kobaxidze bəyan edib.

Bizimlə əlaqə saxlayın