Bizimlə əlaqəHaqqımızda—
Ən son:
GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb
TVCANLI

Şalva Papuaşvili: “Mixeil Kavelaşvilinin təklifinə Mixeil Saakaşvili daxil deyil, çünki o, Ukrayna vətəndaşıdır”

249
Şalva Papuaşvili: “Mixeil Kavelaşvilinin təklifinə Mixeil Saakaşvili daxil deyil, çünki o, Ukrayna vətəndaşıdır”
Dinləmək üçün basın

"Mixeil Kavelaşvilinin həbsdə olan siyasətçilərə verdiyi əfv təklifi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə aid deyil, çünki Saakaşvili Ukrayna vətəndaşıdır".

"Mixeil Kavelaşvilinin həbsdə olan siyasətçilərə verdiyi əfv təklifi Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə aid deyil, çünki Saakaşvili Ukrayna vətəndaşıdır".

InterPress.ge xəbər verir ki, bu sözləri Parlamentin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili jurnalistlərə açıqlamasında bildirib:

“Xeyr, bu təklif Ukrayna vətəndaşlarına aid deyil və ola da bilməz! Ukraynanın siyasi elitasının bu gün gürcü xalqına necə düşmənçilik etdiyini nəzərə alsaq, onlara bu günah da bəs edər. Onun (Saakaşvilinin) vətəndaş olduğu ölkənin nümayəndəsinin bizim seçkilərə qatılması qəbuledilməzdir.

Onun partiyası isə özü qərar versin – seçkilərdə iştirak etmək istəyirlərmi, ya yox. Hələ hər şey qabaqdadır və bu məsələnin Saakaşvilinin əfv olunması ilə heç bir əlaqəsi yoxdur. Prezidentin təklifinin konkret əsası var – məqsəd odur ki, hazırda, o cümlədən xarici maliyyə ilə seçkilərin sabotajına cəhdlər edilir.

Baxırıq ki, “Lelo” dedi ki, seçkilərdə iştirak edəcək. Sonradan belə bəhanə olmasın ki, guya liderləri qanuni cəza çəkdiklərinə görə normal kampaniya apara bilmirdilər. Məhz bunun üçün belə bir təklif irəli sürüldü – əgər istəyirlərsə, iştirak etsinlər. Prezident hazırdır onları əfv etsin ki, kampaniyada tamhüquqlu iştirak edə bilsinlər.

Mixeil Saakaşvili isə Ukrayna vətəndaşıdır. O, nəinki seçkilərə qatılmaqdan, ümumiyyətlə, bizim seçkilər barədə danışmaq imkanından da məhrum olmalıdır, çünki bu, müdaxilə deməkdir. [Mixeil Kavelaşvilinin] bəyanatı çox aydın idi – təklif yalnız Gürcüstan Konstitusiyasını və qanunvericiliyini pozmuş və nəticələrini bilə-bilə daha yüngül cəza almış bir neçə siyasətçiyə aiddir.”

Xatırladaq ki, Mixeil Kavelaşvili həbsdə olan siyasətçilərə müraciət edərək onlara əfv üçün ərizə ilə müraciət etməyi və seçkilərdə iştirak etmək istəyini təsdiqləməyi təklif edib. O, bildirib ki, bu halda dərhal onların əfv olunması barədə akt imzalayacaq. Kavelaşvili vurğulayıb ki, 4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərində bütün siyasi partiyaların tamhüquqlu iştirak etməsi vacibdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirSon xəbərlərə bax →