07 
Iyl
2025
12:47
325

Giorgi Gaxaria: “İdarəolunmaz xaos və özbaşınalıq hamımıza toxunacaq”

“Gaxaria Gürcüstan üçün” partiyasının sədri Giorgi Gaxaria sosial şəbəkədə paylaşım edərək, Acarıstan hökumətinin sabiq rəhbəri Tornike Rijkvadzenin hadisəsinə münasibət bildirib.

Giorgi Gaxarianın sözlərinə görə, ölkəni yalnız düşünülmüş addımlar və həqiqət xilas edə bilər.

“İdarəolunmaz xaos və özbaşınalıq hamımıza toxunacaq. Qanlı haqq-hesablar — xalqdan oğurlanmış pulların bölüşdürülməsi üçün. Gürcüstanı yalnız düşünülmüş addımlarla və həqiqətlə xilas edə bilərik”, – yazıb Gaxaria sosial şəbəkədə.

Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Saqarecodakı “Geohospitals” klinikasına Acarıstan hökumətinin sabiq rəhbəri Tornike Rijkvadze döş qəfəsindən odlu silah yarası ilə yerləşdirilib. Ona təcili tibbi yardım göstərilib. Həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti sabit-ağırdır. Sonradan Rijkvadze Saqarecodan Tbilisidəki Birinci Universitet Klinikasına köçürülüb.

Mövcud məlumata görə, Tornike Rijkvadzenin işi üzrə odlu silahın ehtiyatsız saxlanılması faktına görə Aleksi Axvlediani təqsirləndirilən şəxs qismində saxlanılıb.

Bizimlə əlaqə saxlayın