.jpg)
Sürücülər üçün qaydaların dahada sərtləşdirilməsi təklif edildi
2024-cü ildə Gürcüstanda yol-nəqliyyat hadisələri nəticəsində 101 piyadanın həlak olduğunu, 2025-ci ilin ilk rübündə isə artıq 50 piyadanın həyatını itirdiyini bildirən “Yol İnfrastrukturu Assosiasiyası”nın sədri İrakli İzoria vəziyyətin çox təhlükəli mərhələyə çatdığını vurğulayıb.
Onun sözlərinə görə, yalnız cərimələrin sərtləşdirilməsi ilə bu problemin qarşısını almaq mümkün deyil. İzakria bildirib ki, şəhərdaxili sürət məhdudiyyətləri balanslaşdırılmalı və sürətə görə video-cərimələr sürücülərin bal sisteminə bağlanmalıdır.
“2024-cü ildə 101 piyadanın ölümü qeydə alınıb, 2025-ci ilin ilk üç ayında isə 50 nəfər həyatını itirib. Əslində bu o deməkdir ki, ilin ilk üç ayında hər ikinci piyada həlak olub. Statistika bu sahədə xeyli artıb və biz illərdir piyadalarla bağlı problemləri müşahidə edirik. İllər keçdikcə vəziyyət daha da pisləşir. Bu sahədə nəzarət çox zəif idi.
Məsələn, 2019-cu ildə yüksək nəzarət tədbirləri nəticəsində Gürcüstanda təxminən 33 000 piyada cərimələnmişdi. Ancaq sonrakı illərdə bu rəqəm azaldı və 2024-cü ildə təxminən 2300 nəfərə düşdü. 2025-ci ilin ilk rübündə isə cəmi 58 piyada cərimələnib – halbuki eyni dövrdə 50 nəfəri itirdik.
Bu vəziyyət məcbur etdi ki, qanunvericilik sərtləşdirilsin. Amma yalnız cərimələrin beşqat artırılması məqsədəuyğun deyil – yalnız cərimə ilə həyatları qurtara bilmərik. Bir sıra digər istiqamətlər də nəzərə alınmalıdır. Şəhərdaxili sürətlərin balanslaşdırılması vacibdir. Bal sisteminin yenidən nəzərdən keçirilməsi zəruridir. Sürətə görə video-cərimələr də bal sisteminə bağlanmalıdır və sürücülərin balları azalmalıdır”, – deyə İzoria “Kvira” mediaholdinqinə müsahibəsində qeyd edib.