04 
Iyl
2025
12:19
154

Şalva Papuaşvili: “Ukrayna nümayəndə heyətinin ATƏT PA-da davranışı gürcü cəmiyyətinə arxadan zərbədir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ATƏT-in Parlament Assambleyasında qəbul olunmuş qətnamə ilə bağlı açıqlama verib və Ukraynanın nümayəndə heyətinin oradakı rolunu tənqid edib.

InterPress.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlama verib. 

Jurnalistlərə açıqlamasında Papuaşvili bildirib ki, qətnamənin mətninə əlavə olunmuş cümlə, ABŞ-dan konqresmen Co Uilsonun təşəbbüsü ilə daxil edilib və bu əlavənin həmmüəllifləri arasında Ukrayna nümayəndə heyəti də olub.

“Gördük ki, yekun mətndə Co Uilsonun israrı ilə yarım cümlə yer aldı ki, bu da seçkilərə və zorakı aksiyada saxlanılan şəxslərə aiddir. Bu göstərir ki, ATƏT-in Parlament Assambleyası belə hallarda siyasi intriqaların alətinə çevrilir. Bizim üçün əsas ATƏT-in Baş katibinin ifadə etdiyi mövqedir. Təəssüflə qeyd etməliyəm ki, həmin əlavənin həmmüəlliflərindən biri də Ukraynanın nümayəndə heyəti idi.

Çox ağırdır bunu izləmək – xüsusən də Gürcüstan hökuməti Ukrayna xalqına dəstək göstərdikdən sonra. Bu, gürcü cəmiyyətinə arxadan vurulan bir zərbədir. Ukrayna müharibə vəziyyətində olduğu halda vaxt tapıb gürcü xalqının altını qazmağa çalışır.

Ukraynanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin belə davranışı utancvericidir. Bu müharibə bir gün bitəcək və Ukraynanın siyasi elitası Gürcüstan xalqına öz davranışlarına görə çoxlu izahat verməli olacaq. Müxtəlif forumlarda – ATƏT-də, Avropa Şurası Parlament Assambleyasında – Ukrayna nümayəndə heyəti xüsusi ilə seçilir və çalışır ki, gürcülərə zərər versin.

Əgər bu bir cümləlik, ziyanlı əlavə olmasaydı, həmin qətnaməyə dəstəyimiz olardı”, – deyə Şalva Papuaşvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın