Marneulidə iyul ayının 5-də Tasua yürüşü olacaq.
Bu barədə InterPress.ge-yə müsahibəsi zamanı Marneuli Mərkəzi İmam İmam Əli (ə) Məscidinin axundu, imamcümə Hacı Hacıyev məlumat verib.
H. Hacıyevin verdiyi məlumata görə, Tasua yürüşü hər il olduğu kimi Marneulidə yerləşən Əhli-beyt Cəmiyyəti önündən İmam Əli (ə) məscidinədək davam edəcək. Tasua yürüşü saat 11:00 radələrində başlayacaq.
O, eləcə də bütün müsəlmanları, İmam Hüseyn aşiqlərini Tasua yürüşünə qatılmağa dəvət edib.
Qeyd edək ki, Aşura günü iyulun 6-na təsadüf edir.
