Qiorqi Qaxarianın partiyasının deputatlarının mandatları ləğv edildi
Gürcüstan parlamentində keçirilən iclasda “Qaxaria – Gürcüstan üçün” partiyasının deputatlarının səlahiyyətlərinə xitam verildi.
InterPress.ge xəbər verir ki, buna səbəb isə deputatlar iclasları üzrlü səbəb olmadan buraxdıqları üçün mandatlarının ləğv edildiyi göstərilib.
Hazırda XI çağırış parlamentində 150 yer nəzərdə tutulsa da, yalnız 89 deputat fəaliyyət göstərir. Ümumilikdə isə XI çağırışda indiyədək 61 deputat mandatını itirib.
Giorgi Gaxarianın siyasi birliyi digər müxalifət partiyalarından fərqli olaraq seçki siyahısını geri çəkməyib. Bu isə o deməkdir ki, parlamentin gündəliyində partiyanın siyahısı üzrə növbəti 12 nəfərin deputat səlahiyyətlərinin tanınması məsələsi müzakirə olunacaq.
Bundan əlavə, “Gaxaria – Gürcüstan üçün” partiyası növbəti altı ay ərzində dövlət büdcəsindən maliyyə dəstəyi ala bilməyəcək. “Vətəndaşların siyasi birlikləri haqqında” qanunun müvafiq maddəsinə əsasən, əgər partiyanın təqdimatı ilə seçilmiş deputatların yarıdan çoxu parlamentin əvvəlki sessiyasında plenar iclasların yarıdan çoxunda üzrsüz səbəbdən iştirak etməzsə, həmin partiyanın dövlət maliyyələşməsi altı aylıq müddətə dayandırılır. Bu halda maliyyələşmə növbəti təqvim ayının birinci günündən etibarən kəsilir.


