02 
Iyl
2025
11:48
251

Rusiya XİN: “Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə vacibdir”

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir və bu münasibətləri korlamaq istəyənlər yaxşıca düşünməlidirlər ki, nə edirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində danışıb.

“Maraqlı olan çoxdur, kimlərsə bundan istifadə edib əlini isitməyə çalışır. Amma elə etməsinlər ki, özləri yanıb kül olsunlar. Məncə, hər iki xalq üçün bu dostluq münasibətləri son dərəcə vacibdir. Kimlərsə bunu dağıtmaq istəyirsə, çox yaxşı düşünməlidir ki, nə ilə məşğuldur”, – deyə Zaxarova bildirib.

Xatırladaq ki, Rusiya və Azərbaycan arasında münasibətlər 27 iyun tarixində gərginləşib. Həmin gün Yekaterinburqda yerli polis xüsusi təyinatlıları azərbaycanlı mənşəli onlarla şəxsi saxlayıb. Saxlanma zamanı iki nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.

Bundan əlavə, 30 iyun tarixində Azərbaycanın hüquq-mühafizə orqanları “Sputnik-Azərbaycan” agentliyindən yeddi nəfəri, o cümlədən redaktor İqor Kartavixi və baş redaktor Yevgeni Belousovu saxlayıb.

Bizimlə əlaqə saxlayın