01 
Iyl
2025
16:24
233

Peskov: Bakıda jurnalistlərin saxlanılması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil

Bakıda jurnalistlərin saxlanılması beynəlxalq qəbul edilmiş normalara və Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərin ruhuna ziddir.

InterPress.ge xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, media nümayəndələrinə qarşı belə tədbirlər beynəlxalq qəbul edilmiş qayda və normalara tamamilə uyğun deyil və təbii ki, Rusiya-Azərbaycan münasibətlərinin ruhuna və xarakterinə də uyğun deyil”, – deyə Peskov “Sputnik Azərbaycan” və Ruptly-nin əməkdaşlarının saxlanılması ilə bağlı danışarkən bildirib.

Peskov həmçinin qeyd edib ki, Moskva ümid edir – Bakının “son dərəcə emosional” reaksiyası birbaşa dialoqla əvəz olunacaq və bu dialoqda bütün suallara cavab veriləcək.

“İnanırıq ki, bu emosional, son dərəcə emosional reaksiya birbaşa kommunikasiya ilə əvəz olunacaq və həmin ünsiyyət zamanı bütün suallara cavab veriləcək”, – deyə Peskov jurnalistlərə bildirib.

Bizimlə əlaqə saxlayın