
DİQQƏT! Bu cərimələr də artırılır
Gürcüstanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, piyadalar yol hərəkətini tənzimləyən siqnallara tabe olmamaq və yol nişanlarının və ya nişanlanma xəttinin tələblərinə əməl etmədiklərinə görə daha yüksək məbləğdə cərimə ödəməli olacaqlar.
Belə ki, sürücü olmayan yol hərəkəti iştirakçısının “Yol hərəkəti haqqında” qanunun tələblərini, tənzimləyici siqnalları və yol nişanı və nişanlanma xəttinin tələblərini pozması halında cərimə indiyədək 10 lari idisə, bundan sonra 50 lari olacaq. Eyni pozuntu il ərzində təkrar baş verdikdə cərimə 20 laridən 100 lariyə qədər artırılacaq.
Avtomagistralda, beynəlxalq və ya daxili dövlət əhəmiyyətli yollarda eyni qayda pozuntusu törədilərsə, piyadaya 100 lari cərimə tətbiq ediləcək. Bu cür pozuntunun bir il ərzində təkrar edilməsi isə 200 lari məbləğində cərimə ilə nəticələnəcək.