01 
Iyl
2025
13:57
301

Gürcüstanda inzibati xırda xuliqanlığa və aksiyalar zamanı pozuntulara görə cəza sərtləşdirilir

Gürcüstan parlamentində sürətləndirilmiş qaydada baxılan yeni dəyişikliklərə əsasən, inzibati xırda xuliqanlıq, polis əməkdaşına tabe olmamaq, vəzifəli şəxsi və ya dövlət qulluqçusunu təhqir etmək, eləcə də mitinq və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə təyin olunan cəriməni ödəməyən şəxslərə təkrar pozuntu halında pul cəriməsi yox, birbaşa inzibati həbs cəzası veriləcək.

InterPress.ge xəbər verir ki, bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə planlaşdırılan islahatlar çərçivəsində həyata keçirilir.

Layihəyə əsasən, yeni prinsip də tətbiq olunur: əgər inzibati xəta üçün cəza kimi inzibati həbs cərimə ilə yanaşı nəzərdə tutulursa və işə baxmaq və cəza tətbiq etmək səlahiyyəti inzibati orqanın öhdəsindədirsə, belə hallarda inzibati orqanın cərimə qərarı yalnız məhkəmədə mübahisələndirilə biləcək.

Belə qərarın məhkəmədə mübahisələndirilməsi zamanı məhkəmənin çıxardığı qərar dərhal qüvvəyə minəcək və həmin qərarın şikayəti onun icrasını dayandırmayacaq.

Parlamentdə bu dəyişikliklərin yaxın günlərdə qəbul olunması gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər