
Dənizə istirahətə getmək istəyənlərin nəzərinə - Milli Ətraf Mühit Agentliyi məlumat yayıb
Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi Qara dənizdə təhlükəli növlərin mövcudluğu ilə bağlı yayılan məlumatları təkzib edib.
InterPress.ge-nin məlumatınagörə, agentliyin yaydığı bəyanatda qeyd olunur ki, Gürcüstanın Qara dəniz sularında bioloji müxtəlifliyin, o cümlədən balıq faunasının davamlı monitorinqi və tədqiqatları aparılır.
“İndiyə qədər Gürcüstanın sahilyanı sularında nə dəniz bioloji müxtəlifliyi üçün, nə də insanların sağlamlığı üçün təhlükə yaradan növlər qeydə alınmayıb. Buna görə də, Qara dənizdə təhlükəli növlərin mövcudluğu ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil,” – deyə agentliyin məlumatında bildirilir.
Ətraf Mühit Agentliyi həmçinin ictimaiyyətə çağırış edərək bildirib ki, istər qəsdən, istərsə də bilməyərəkdən insanları çaşdıracaq yoxlanılmamış məlumatların yayılmasından çəkinmək lazımdır.