İrakli Kupradze: İki liderimiz həbsdə olsa da, mübarizədən bir addım da geri çəkilməyəcəyik
"İki liderimiz həbsdə olsa da, mübarizədən bir addım da geri çəkilməyəcəyik."
InterPress.ge xəbər verirki, bubarədə "Lelo – Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze mətbuat konfransında bildirib.
Kupradze bildirib ki, koalisiyanın iki əsas tələbi – yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunması – dəyişməz olaraq qalır. O, vətəndaşları 29 iyun tarixində planlaşdırılan etiraz aksiyasında iştirak etməyə çağırıb:
“Biz əsas tələbimizlə mübarizəni davam etdiririk. Bu tələblər yeni parlament seçkiləri və siyasi məhbusların azad olunmasıdır. Əsas məqsədimizə nail olmaq üçün bütün yolları və imkanları istifadə edəcəyik. Partiyamızın iki lideri hazırda həbsdədir. Buna baxmayaraq, bir addım da geri çəkilməyəcəyik! Mübarizəni və müqaviməti davam etdiririk. Tbilisidə etiraz əhval-ruhiyyəsini və siyasi məhbuslar uğrunda mübarizəni davam etdiririk. Sabah, 29 iyunda bütün siyasi məhbuslar üçün etiraz marşı keçiriləcək və biz həm beynəlxalq tərəfdaşlarımıza, həm də susan həmvətənlərimizə göstərmək istəyirik ki, bu mübarizə dayanmayacaq. Hər addımımız xalqın sifarişinə yönələcək, biz bu sifarişi yerinə yetirəcəyik və xəyanət etməyəcəyik. Mübarizə sonadək davam edəcək”, – deyə Kupradze vurğulayıb.
Qeyd edək ki, 29 iyun tarixində Gürcüstan Parlamentinin qarşısında etiraz aksiyası keçiriləcək. Vətəndaşlar saat 20:00-da qanunverici orqanın qarşısında toplaşacaqlar. Bundan əvvəl, saat 19:00-da Marjanishvili meydanından Rustaveli prospektinə doğru etiraz marşı təşkil olunacaq.


