27 
Iyn
2025
16:45
493

Kobaxidze: Qəsdən adam öldürmə ilə bağlı cəza sərtləşdirilməlidir

Qəsdən adam öldürmə ilə bağlı mövcud qanunvericilik cəzanın sərtləşdirilməsi istiqamətində yenidən nəzərdən keçirilməlidir və hökumət bu məsələdə parlamentlə birlikdə işləməyə hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxış edərkən bildirib.

Baş nazir qeyd edib ki, şəxsən cəzanın sərtləşdirilməsinin tərəfdarıdır və hesab edir ki, hazırkı sanksiyalar kifayət etmir. Onun sözlərinə görə, bu kimi hallarda mütənasiblik prinsipi qorunmalıdır, lakin mövcud praktika problemlidir.

“Mən şəxsən sərtləşdirilmənin tərəfdarıyam. Bu, həssas və asan məsələ deyil. Düşünürəm ki, hal-hazırda Cinayət Məcəlləsində qəsdən adam öldürmə üçün nəzərdə tutulan sanksiyalar kifayət etmir. Məsələn, bir hadisəni xatırlayıram: xuliqanlıq motivi ilə adam öldürən şəxsə 10 il həbs cəzası verildi və bu o deməkdir ki, daha tez də azadlığa çıxa bilər. Belə yanaşmalar mütləq yenidən nəzərdən keçirilməlidir,” – deyə baş nazir bildirib.

İrakli Kobaxidzenin sözlərinə görə, hökumət parlamentlə birlikdə işləməyə hazırdır və qeyd edib ki, dəyişikliklər mütləq şəkildə mütənasiblik prinsipinə uyğun həyata keçirilməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər