26 
Iyn
2025
13:58
225

Məhkəmə iclaslarının çəkilişi ilə bağlı qanun layihəsində dəyişiklik edildi

Gürcüstan parlamenti “Ümumi məhkəmələr haqqında” qanuna dəyişiklikləri nəzərdən keçirir.

InterPress.ge xəbər verir ki, yeni redaksiyaya əsasən, məhkəmə iclaslarında foto və video çəkilişin aparılmasına dair qərar yalnız Ədliyyə Ali Şurası tərəfindən veriləcək.

Qanun layihəsinin ilkin variantında çəkilişə yalnız məhkəmənin əsaslandırılmış qərarı ilə icazə verilməsi nəzərdə tutulurdu. Lakin dəyişdirilmiş variantda bu səlahiyyət birbaşa Ədliyyə Ali Şurasına verilir.

Qanun layihəsinin müəlliflərindən biri, parlamentin Hüquqi məsələlər komitəsinin sədri Arçil Qorduladze bildirib ki, bu dəyişiklik məhkəmə proseslərinin ədalətli və sakit şəraitdə keçirilməsini təmin etməyə xidmət edir.

“Əsas məqsəd odur ki, məhkəmə prosesi şouya çevrilməsin və heç kəsin prosesi pozmasına imkan verilməsin. Mediada bəzən məhkəmənin işinə siyasi motivlərlə müdaxilə halları müşahidə olunur. Yeni düzəlişə əsasən, məhkəmə zamanı çəkiliş yalnız Ədliyyə Ali Şurasının qərarı ilə mümkündür. Eyni zamanda, cəmiyyətin məlumatlandırılması məqsədilə məhkəmənin özü də müvafiq görüntüləri yaymaq imkanına malik olacaq”, – deyə Qorduladze bildirib.

Deputat əlavə edib ki, bu dəyişikliklərlə bərabər, məhkəmə zalı kütləvi informasiya vasitələrinin müsahibə və reportaj məqsədilə istifadə edə biləcəyi yer olmamalıdır. Onun sözlərinə görə, media istədiyi halda tərəflərlə müsahibəni digər məkanlarda həyata keçirə bilər.

Qanun layihəsi hazırda parlamentin müvafiq komitələrində müzakirə olunur və yaxın günlərdə plenar iclasa çıxarılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər