25 
Iyn
2025
15:04
259

İrakli Kobaxidze: “Radikal müxalifət milli maraqlara qarşı agent missiyasını yerinə yetirir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin milli maraqlarına qarşı kampaniya davam edir və radikal müxalifət bu prosesdə xarici dairələrin sifarişlərini yerinə yetirir.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumət binasında keçirilən brifinqdə qeyd edib.

Baş nazir bu fikirləri parlamentin müvəqqəti istintaq komissiyasında Xarici işlər naziri Maka Boçorişvilinin səsləndirdiyi bəyanata münasibət bildirərkən səsləndirib. Boçorişvili qeyd etmişdi ki, “Tinatin Bokuçava və başqaları Gürcüstana qarşı viza rejiminin ləğv ediləcəyinə ümid bəslədiklərini açıq şəkildə ifadə edirlər”.

İrakli Kobaxidzenin sözlərinə görə, bu yanaşma müxalifətin xarici platformalarda Gürcüstana qarşı apardığı uzunmüddətli fəaliyyətin davamıdır:

“Radikal müxalifət vaxtilə Gürcüstana vizasız rejimin verilməsinə qarşı Avropa strukturlarının dəhlizlərində açıq şəkildə çıxış edirdi. Eyni yanaşma indi də davam edir – onlar namizəd statusunun əleyhinə çıxır, danışıqların başlanmasına qarşı lobbiçilik aparırdılar. İşçi qrupların fəaliyyətinə də əngəl törədirdilər. Bu, milli maraqlara qarşı aparılan sistemli kampaniyadır və 26 oktyabr 2024-cü ildə keçirilən seçkilərdə xalq buna cavabını verdi. Müxalifət bu gün cəmiyyətin gözündə tamamilə nüfuzdan düşüb. Çünki hamı görür ki, bu insanlar Gürcüstanın həyat əhəmiyyətli maraqlarına qarşı fəaliyyət göstərirlər”.

Kobaxidze müxalifət liderlərini “agent” adlandırıb və onların fəaliyyətinin ölkənin maraqlarına deyil, xarici dairələrin sifarişlərinə uyğun olduğunu bildirib:

“Onlar 2003-2012-ci illərdə hakimiyyətdə olarkən də bu siyasəti həyata keçirirdilər, indi də davam edirlər. Bu kampaniyanın yeganə izahı var – onlar agentdirlər, ölkələrinə deyil, xarici subyektlərə xidmət edirlər. Bu, agentin taleyidir – ona əmr veriləndə, öz dövlətinin milli maraqlarına qarşı çıxmalıdır. Bu, təəssüf doğuran reallıqdır”.

Xatırladaq ki, Xarici işlər naziri Maka Boçorişvili müvəqqəti istintaq komissiyasında çıxışı zamanı bildirmişdi ki, Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejimin dayandırılması bəzi siyasətçilər tərəfindən açıq şəkildə arzulanan və lobbiçilik edilən mövzuya çevrilib. O, müxalifətin bəzi nümayəndələrinin Brüsselə gedərək bu məsələni gündəmə gətirdiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər