25 
Iyn
2025
15:00
304

İrakli Kobaxidze: “Bütün bunların arxasında ‘Dərin Dövlət’ və onun Avropadakı agenturası dayanır”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət liderlərinin həbsinə dair beynəlxalq reaksiyalara cavab olaraq bildirib ki, səsləndirilən tənqidlər siyasi maraqlarla motivasiya olunub və bu proseslərdə “Dərin Dövlət” və Avropa bürokratiyası iştirak edir.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir hökumət binasında keçirilən brifinqdə qeyd edib.

Baş nazirin sözlərinə görə, Avropa strukturlarının bəzi nümayəndələri əvvəlki illərdə də Gürcüstan hökumətinə kimlərin tutulmalı olduğu barədə siyahılar təqdim edirdilər:

“2012-ci ildən bu yana, o cümlədən saxta strukturların nümayəndələri konkret siyahılarla dolaşır və deyirdilər ki, kim həbs olunmalıdır, hansı cinayətkara toxunmaq olmaz. Təəssüf ki, bu prosesə Avropa bürokratları da cəlb olunmuşdu. Bu gün baş verənlər həmin praktikanın davamıdır. Hər kəs qanunun nə olduğunu və siyasi konteksti yaxşı bilir, amma səsləndirilən bəyanatlar tamamilə siyasi maraqlarla şərtlənir. Bu sxem belə işləyir – var ‘Dərin Dövlət’, onun agenturası, və bu agentura öz maraqlarını qoruyur. Təəssüf ki, Avropa bürokratiyası da bu prosesə cəlb olunub”.

Kobaxidze əlavə edib ki, istənilən şəxs Avropa İttifaqı ölkələrinin qanunvericiliyinə nəzər yetirsə, görər ki, parlamentin istintaq komissiyasına ifadə verməkdən imtina hallarında daha sərt sanksiyalar mövcuddur:

“Xarici tərəfdaşlar radikal müxalifətin parlamentin legitimliyini tanımamasını dəstəkləyirdi. İndi isə onlar bu vəziyyətə görə məsuliyyət daşımalıdır. Çünki məhz onlar radikal müxalifəti parlamentdən çıxardılar və nəticə etibarilə bu günkü vəziyyətə gətirib çıxardılar. Biz bu addımları atmamışıq, bunu onların ‘himayədarları’ etdilər. Onlar müxalifəti inqilabi proseslərə qoşdular və bu, tam uğursuzluqla nəticələndi”, – deyə Baş nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər