25 
Iyn
2025
13:38
381

Mixeil Kavelaşvili: “Gürcüstanda məktəblərdə hərbi təhsilin tətbiqi artıq başlanılıb"

Gürcüstanda məktəblərdə hərbi təhsilin tətbiqi artıq başlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Ordu Düşərgəsi”nin açılış mərasimində çıxış edən Mixeil Kavelaşvili məlumat verib.

Onun sözlərinə görə, məktəblərdə hərbi təhsilin tətbiqi uğurla davam edir və gələcəkdə bu proses daha da genişlənəcək:

“Ordu düşərgəsi unikal bir layihədir. Eyni zamanda, məktəblərdə hərbi təhsilin tətbiqinə başlamışıq və bu proses uğurla gedir. İllər keçdikcə, proqramın tətbiq olunduğu məktəblərin sayı artacaq. Niyə bu vacibdir? Ona görə ki, gələcəkdə hərbi təhsil məcburi olmalıdır. Hədəfimiz odur ki, bu istiqamət Gürcüstanın hər bir vətəndaşı üçün yaxın olsun və hər kəs müdafiə qabiliyyəti nədir, ölkənin müdafiəsində vətəndaşın rolu nə ola bilər – bu barədə elementar ümumi biliklərə sahib olsun.”

Mixeil Kavelaşvili çıxışı zamanı gənclərə müraciət edərək qeyd edib ki, bu layihə çərçivəsində onlara milli hərbi forma geymək imkanı veriləcək və bu, bir gürcü üçün böyük qürur mənbəyidir:

“Hazırda siz ixtisas seçimi qarşısındasınız və əminəm ki, gələcəkdə öz sahənizdə uğurlu peşəkar olacaqsınız. Bu gün biz müstəqilik, dilimiz, dinimiz və vətənimiz var – bunlar bizim əcdadlarımızın mübarizəsi və qurbanlarının nəticəsidir. Bu müqəddəs üçlük olmadan azadlıq mümkün deyil. Hansı ixtisası seçirsinizsə seçin, bu yol mütləq vətənlə birgə olmalıdır. Vətənin olmadığı yerdə azadlıq da yoxdur.”

O qeyd edib ki, “Ordu Düşərgəsi” gənclərə Gürcüstan ordusunun ruhunu, vətənpərvərlik hissini və gürcü əsgəri olmağın mənasını aşılayacaq.

Sonda vurğulayıb ki, hərbi forma geyinmək idmançı formasından da böyük fəxr və məsuliyyət daşıyır:

“Biz tez-tez görürük ki, gürcü idmançılar ölkəmizi necə təmsil edir və bu, bizim üçün nə qədər qürurvericidir. Amma hərbi forma geyinmək daha böyük şərəfdir. Bu hissi sizə bizim dəyərli Müdafiə Qüvvələrinin nümayəndələri yaşadacaqlar.”

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər