Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Mariam Kvrivişvili təyin olunub.
InterPress.ge xəbər verir ki, bu barədə qərarı hökumət administrasiyasında keçirilən brifinqdə Baş nazir İrakli Kobaxidze açıqlayıb.
Yeni təyinatadək Mariam Kvrivişvili iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, indiyədək bu vəzifəni icra edən Levan Davitaşvili iqtisadi məsələlər üzrə baş nazirin baş müşaviri və İqtisadi Şuranın katibi postuna keçir.
