23 
Iyn
2025
23:00
117

Gürcüstanda məhkəmə binasında çəkilişlərə məhdudiyyət qoyulur – Yeni qanun layihəsi parlamentdə təqdim olundu

Parlamentdə artıq təqdim olunmuş yeni qanun layihəsinə əsasən, Gürcüstanda məhkəmə binasında, məhkəmə iclas zalında və məhkəmə həyətində media tərəfindən foto və video çəkilişlər, eləcə də canlı yayımlar qadağan ediləcək.

Layihəyə görə, çəkiliş aparmaq hüququ yalnız məhkəməyə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə veriləcək.

Yeni dəyişikliklər “Ümumi məhkəmələr haqqında” qanuna düzəlişləri nəzərdə tutur. Layihədə o da qeyd olunur ki, məhkəmə onun sərəncamında olan məhkəmə prosesi ilə bağlı foto, kino və video çəkiliş materiallarını yalnız qanunla ziddiyyət təşkil etmədiyi hallarda yayımlaya bilər.

Bundan əlavə, məhkəmə iclaslarının video və audio yazısı yalnız əsaslandırılmış vəsatət əsasında, hakim tərəfindən qəbul edilmiş motivasiyalı qərarla mümkün olacaq.

Bizimlə əlaqə saxlayın