22 
Iyn
2025
13:37
254

İran: ABŞ bəşəriyyətə qarşı təhlükəli müharibə başlayıb – Tehran BMT-yə çağırış etdi

ABŞ-ın İranın nüvə obyektlərinə hava zərbələri ilə hücum etməsi rəsmi Tehran tərəfindən “təhlükəli müharibənin başlanğıcı” kimi qiymətləndirilib.

InterPress.ge xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, “diplomatik prosesin mərkəzində ABŞ özü diplomatiyaya xəyanət etdi. Amerika İran əleyhinə təhlükəli bir müharibəyə başladı”.

Tehran Vaşinqtonun hücumlarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirərək vurğulayıb ki, “bu dəhşətli cinayətin ağır və faciəli nəticələrinin tam məsuliyyəti ABŞ hökumətinin üzərinə düşür”.

“İranın tam hüququdur ki, ABŞ-ın hərbi təcavüzünə qətiyyətlə qarşı dursun və bu qeyri-vicdanlı rejimin törətdiyi cinayətlərə cavab versin. İran öz milli təhlükəsizliyini və maraqlarını qorumaq üçün lazım olan bütün vasitələrdən istifadə edəcək”, – deyə bəyanatda bildirilib.

Xarici İşlər Nazirliyi həmçinin BMT-ni və onun müxtəlif qurumlarını, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi dərhal reaksiya verməyə çağırıb.

Rəsmi Tehran BMT Təhlükəsizlik Şurasına müraciət edərək, İranın nüvə obyektlərinə edilmiş hücumların qınanması məqsədilə təcili iclasın çağırılmasını tələb edib.

Bizimlə əlaqə saxlayın