21 
Iyn
2025
15:01
165

İsraildə deportasiya mərkəzində saxlanılan 17 Gürcüstan vətəndaşı ölkəyə qayıdıb

İsraildəki deportasiya mərkəzində saxlanılan 17 Gürcüstan vətəndaşı ölkəyə geri dönüb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, İsraildəki Gürcüstan səfirliyi yaranmış vəziyyətlə əlaqədar fəaliyyətini fövqəladə rejimdə davam etdirir. Gürcüstan vətəndaşları üçün qaynar xətt aktivdir və bu günədək 500-dən çox vətəndaşa məsləhət və zəruri yardım göstərilib.

“Gürcü tərəfi İsrailin müvafiq xidmətləri ilə sıx koordinasiya şəraitində vətəndaşların mümkün qədər qısa müddətdə və təhlükəsiz şəkildə ölkəyə qayıtmasını təmin etdi.

Qeyd edək ki, İsraildə olan vətəndaşlar, istəkləri halında ölkəni quru yolu ilə – İsrail-İordaniya və ya İsrail-Misir sərhəd keçid məntəqələri vasitəsilə – tərk edə bilərlər. Quru yolla yola düşmək istəyən şəxslər özləri ilə qüvvədə olan Gürcüstan pasportunu daşımalıdırlar. Son hadisələrin fonunda təxminən 1000 Gürcüstan vətəndaşı İsraili quru yolla tərk edib”, – deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın