21 
Iyn
2025
12:24
220

Gürcüstanda iqtisadiyyat nazirinin sabiq müavini saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirdiyi brifinqdə iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsində çalışmış Romeo Mikautadzenin saxlandığını açıqlayıb.

DTX-nın məlumatına görə, Mikautadze vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla lari həcmində qanunsuz gəlirin leqallaşdırılması faktlarına görə məhkəmə qərarı əsasında saxlanılıb.

İstintaq müəyyən edib ki, 2017-ci ilin 3 oktyabrından 2024-cü ilin 9 fevralınadək müxtəlif yüksək vəzifələrdə çalışan Mikautadze öz səlahiyyətlərindən, tanış çevrəsindən və təcrübəsindən şəxsi maraqları üçün istifadə edib. O, bəzi şəxslərə qanunsuz dəstək göstərib və əvəzində energetika şirkətləri, SES-lər və müəssisələrdə paylar alıb. Bu paylar faktiki olaraq ona məxsus olsa da, etibarlı şəxslərin adına rəsmiləşdirilib.

Bizimlə əlaqə saxlayın