20 
Iyn
2025
09:46
187

ABŞ Senat Komitəsinin rəhbəri: “Gürcüstan hökuməti ölkəni xalqın istədiyi gələcəkdən uzaqlaşdırır”

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, Respublikaçı senator Cim Rişi bildirib ki, ABŞ-Gürcüstan münasibətləri ortaq dəyərlər və maraqlara əsaslanır, lakin Gürcüstanın hazırkı hökuməti bu prinsipləri dəfələrlə inkar edib.

InterPress.ge xəbər verir ki, senator Rişi “X” platformasında paylaşdığı bəyanatında yazır:

“‘Gürcü Arzusu’ hökumətinin drakon qanunlar qəbul etməsi və məhkəmə sistemini siyasi opponentlərə qarşı silah kimi istifadə etməsi tamamilə qəbuledilməzdir.”

O, Gürcüstan hökumətini ölkəni xalqın arzuladığı gələcəkdən uzaqlaşdırmaqda və bunun əvəzinə birpartiyalı totalitar dövlət modelinə yaxınlaşdırmaqda ittiham edib.

“Hazırkı hökumət ABŞ ilə birgə dəyərləri inkar edərək narahatedici şəkildə Çin və Rusiyanın avtoritar idarəetmə modelinə doğru yönəlir”, – deyə Rişi vurğulayıb.

Bizimlə əlaqə saxlayın