19
Iyn
2025
14:23
455
yuxarı
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
Avropa Parlamenti Gürcüstanda media azadlığı və jurnalist Mzia Amaglobelinin işi ilə bağlı qətnamə qəbul edib.
InterPress.ge xəbər verir ki, sənədi 324 deputat dəstəkləyib, 25-i əleyhinə çıxıb, 87 deputat isə bitərəf qalıb.
Qətnamədə Avropa Parlamenti:
- Mzia Amaglobelinin dərhal və qeyd-şərtsiz azad olunmasını və ona qarşı irəli sürülmüş bütün ittihamların ləğvini tələb edir;
- Onun siyasi motivli saxlanılmasını və təqibini qətiyyətlə pisləyir;
- “Gürcü Arzusu” hakimiyyətinin demokratik institutlara, siyasi müxalifətə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə və məhkəmə müstəqilliyinə qarşı sistemli hücumlarını sərt şəkildə qınayır;
- Gürcüstanda jurnalistlərin özbaşına həbsi, təqibi və zorakılığa məruz qalması, o cümlədən böhtan kampaniyaları, hüquqi təzyiqlər, həbsdə qeyri-insani rəftar və gender əsaslı zorakılıq səbəbindən dərin narahatlığını ifadə edir;
- Jurnalistlərin qorunması və azad fəaliyyəti üçün Gürcüstan hökumətini bütün təzyiqləri dayandırmağa və müstəqil araşdırma aparmağa çağırır;
- Bütün siyasi məhbusların və qeyri-qanuni saxlanılan şəxslərin, o cümlədən aktivist Mate Devidzə, müxalifət liderləri Zurab Japaridze, Nika Melia, Nika Qvaramia və keçmiş prezident Mixeil Saakaşvilinin dərhal azad edilməsini tələb edir;
- "Vahid Milli Hərəkat" partiyasının lideri Tina Bokuçavanın həyat yoldaşının zorakılıqla oğurlanması və onun övladlarının təhlükəsizliyinə edilən təhdidlərlə bağlı yayılan məlumatları pisləyir;
- Bütün repressiv qanunvericiliyin ləğv edilməsinə, demokratiyanın bərpasına və media azadlığı ilə vətəndaş azadlıqlarının tam təmininə çağırır;
- Avropa İttifaqını FARA qanununun qüvvəyə minməsindən sonra Gürcüstanda müstəqil media və vətəndaş cəmiyyətinə dəstəyini artırmağa və məhkəmə proseslərini müşahidə etməyə çağırır;
- Aİ Şurası, üzv dövlətlər və Komissiyanın fəaliyyətsizliyinə görə təəssüf hissi bildirir və "Gürcü Arzusu" rəhbərliyinə qarşı ikitərəfli sanksiyalar tətbiq etməyə çağırır;
- Bu qətnamənin Avropa Şurasına, Aİ Komissiyasına, üzv dövlətlərin hökumət və parlamentlərinə, Avropa Şurasına, ATƏT-ə, prezident Salome Zurabişviliyə və Gürcüstanın özünü elan etmiş hakimiyyətinə göndərilməsini tapşırır.
Bundan əlavə, qətnaməyə bir düzəliş də əlavə olunub. Orada deyilir ki, Avropa Parlamenti:
- Son dövrlər QHT-lərə qarşı edilən hücumlardan narahatlığını bildirir, xüsusilə də bəzi dövlət qurumlarının – o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Bürosunun – QHT-lərdən son bir il yarım ərzindəki maliyyə, hüquqi və əməliyyat məlumatlarını cəmi üç iş günü ərzində təqdim etməyi tələb etməsi qətnamədə vurğulanır. Bildirilir ki, bu tələbin icrası mümkün deyil və hədəfdə olan təşkilatların fəaliyyətinin dayandırılması riskini daşıyır.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
İrakli Kobaxidze: “Ərazi bütövlüyünün sülh yolu ilə bərpası əsas milli vəzifələrimizdən biridir”
27.09.2026 16:32
123
İrakli Kobaxidze: “Gürcüstan və Azərbaycan hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”
27.09.2026 16:28
164
TikToker Zurab Kençiaşvili saxlanılıb
27.09.2026 10:14
257
Suxumin süqutunun 33-cü ildönümü ilə əlaqədar dövlət bayraqları endirilib
27.09.2026 10:12
116
Ramilia Əliyeva: Kimə lazımdır ki, Gürcüstan və Azərbaycan qarşı-qarşıya gəlsin?
26.09.2026 20:28
194
Marneulidə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədi Yaşayanlar” tədbiri keçirilib
26.09.2026 17:11
207
İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Ukrayna vətəndaşı Batumidə saxlanılıb
26.09.2026 14:21
188
21 yaşlı gənci qatar vuraraq öldürüb
26.09.2026 14:20
317
İki nəfəri bıçaqlayan şəxs saxlanıldı
26.09.2026 10:44
275
İmamquliyev Marneuli meri Daur İsmailova: “Bu şəkilə baxıb utanmırsınız?”
25.09.2026 22:55
479
Gəlirlər Xidmətinin keçmiş rəhbər müavini vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 1 il 6 ay həbs cəzası alıb
25.09.2026 21:42
153
Gənc kişi hündürlükdən yıxılaraq ölüb
25.09.2026 21:41
413


