Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Son günlərdə Gürcüstandan 25 xarici vətəndaş ölkədən deportasiya edilib

340
Son günlərdə Gürcüstandan 25 xarici vətəndaş ölkədən deportasiya edilib
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlərdə Nazirliyin Miqrasiya Departamenti və digər aidiyyəti strukturların sıx koordinasiyası nəticəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində…

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son günlərdə Nazirliyin Miqrasiya Departamenti və digər aidiyyəti strukturların sıx koordinasiyası nəticəsində həyata keçirilən kompleks tədbirlər çərçivəsində ümumilikdə 25 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

DİN-in yaydığı məlumata əsasən, deportasiya edilən şəxslər Ermənistan, Özbəkistan, İran, Nigeriya, Tacikistan, Çin, Türkmənistan, Rusiya, Hindistan, Əlcəzair, Misir, Türkiyə, Pakistan və Banqladeş vətəndaşlarıdır. Onlara qüvvədə olan qanunvericiliyə uyğun olaraq Gürcüstana giriş qadağası tətbiq olunub.

Nazirlik bildirir ki, Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh qurumdur və onun əsas səlahiyyətlərindən biri hüquqi əsas olmadan Gürcüstanda yaşayan xarici vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →