Avropa İttifaqına üzv dövlətlərin Xarici İşlər Şurası 23 iyun tarixində keçiriləcək iclasda Gürcüstan məsələsini gündəmə çıxaracaq. Bu barədə məlumat Xarici İşlər Şurasının rəsmi gündəliyində yer alıb.
Gündəliyə əsasən, 27 üzv dövlətin xarici işlər nazirlərindən ibarət olan Şura Brüsseldə toplanacaq. İclasa Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas sədrlik edəcək.
Gürcüstanla yanaşı, iclasda Ukraynaya qarşı Rusiyanın təcavüzü, Yaxın Şərq və Liviyadakı vəziyyət, eləcə də Çin və Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
