17 
Iyn
2025
14:59
277

Vashadze: “Milli Təhlükəsizlik Şurasının ləğvi Rusiyanın maraqlarına xidmət edir”

“Strategiya Agmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze hökumətin Milli Təhlükəsizlik Şurasının ləğvi ilə bağlı planına münasibət bildirib. Onun sözlərinə görə, bu qərar birbaşa Rusiyanın maraqlarına və tapşırıqlarına uyğun olaraq qəbul edilir.

“Milli təhlükəsizlik sənədində Gürcüstan üçün əsas təhlükə həmişə Rusiya olub. İndi isə görəcəksiniz ki, Kobaxidze tərəfindən Rusiya artıq təhlükə kimi qiymətləndirilməyəcək. Bu, açıq şəkildə Rusiyanın maraqlarının həyata keçirilməsidir. Təhlükəsizlik Şurasında müxtəlif strukturlar təmsil olunurdu, hansı ki, balanslaşdırılmış qərarların qəbulunda iştirak edirdilər. Onun ləğvi isə bu mexanizmdən imtina etmək deməkdir”, — deyə Vaşadze vurğulayıb.

Giorgi Vaşadze qarşıdan gələn bələdiyyə seçkiləri haqqında da danışıb və bildirib ki, bütün siyasi qüvvələrlə görüşməyi və koordinasiyalı ortaq qərar qəbul etməyi planlaşdırır.

“Mən hamı ilə görüşməyi və bələdiyyə məsələsində mümkün qədər koordinasiyalı ortaq qərara gəlməyi planlaşdırıram. Bu, klassik mənada seçki deyil. Nə yerli, nə də beynəlxalq müşahidəçilər olacaq, seçki sistemi pisləşdirilib, siyasi opponentlər həbsdədir. Ona görə də bu məsələdə vahid mövqe vacibdir”, — deyə Vaşadze bildirib.

Vaşadze həmçinin “Gürcüstan üçün Qaxariya” partiyasının lideri Giorgi Qaxariyanın parlamentin müvəqqəti istintaq komissiyasına yenidən çağırılmasına da münasibət bildirib. Onun sözlərinə görə, komissiya "səhnələşdirilmiş klounadadır" və Qaxariya özü qərar verməlidir ki, iştirak etsin, ya yox.

"Bu komissiya sadəcə klounadadır. Tsulukiani bu prosesi tamamilə biabır edib. Hüquqi baxımdan bunun heç bir əsası yoxdur, sadəcə dar qrupun qeybətinə çevrilib. Tsulukiani cəsarətli olsaydı, məhkəməyə gələrdi və mövqeyini əsaslandırardı", — deyə Vaşadze əlavə edib.

Xatırladaq ki, hökumət Milli Təhlükəsizlik Şurasının 2025-ci il sentyabrın 1-dən ləğv edilməsi təşəbbüsü ilə parlamentə müraciət edib. Şura ləğv edildikdən sonra onun səlahiyyətlərini Gürcüstan hökuməti icra edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər