
Ana Buçukuri: “Geri dönüşü düşünmürük, əsas məsələ neytral və qeyri-partiyalı namizədlərdir”
“Qaxaria Gürcüstan üçün” partiyasının üzvü Ana Buçukuri partiyanın gələcək planları və seçkilərdə iştirak məsələsi ilə bağlı açıqlama verib.
Buçukuri bildirib ki, partiya artıq boykota dair müzakirələr mərhələsini keçib və hazırda əsas məqsəd neytral və qeyri-partiyalı namizədlərlə bağlı müzakirələrə başlamaqdır: “Biz bu mərhələni artıq keçmişik. İştirak etməmək barədə qərar qəbul etmişdik, amma geri dönüşü heç vaxt düşünmürük. İndi bizim partiyanın, 'Qaxaria Gürcüstan üçün' komandamızın əsas vəzifəsi neytral, qeyri-partiyalı və qeyri-politi̇k namizədlər barədə müzakirə aparmaqdır. Bu mərhələdəyik və geri qayıtmaq fikrimiz yoxdur.”
O, həmçinin partiyanın konkret bir planı olduğunu və bunun yaxın gələcəkdə açıqlanacağını bildirib: “Bizim komandamızın öz planı var və biz onu çox sakit, təmkinlə həyata keçirəcəyik. Bu planı zamanında sizinlə paylaşacağıq. Digər tərəfdən, kimin nə deyəcəyi, bir-birlərini necə təhqir edəcəkləri və bizimlə bağlı nə qədər isterika olacağı ümumiyyətlə heç bir əhəmiyyət daşımır.”