10 
Iyn
2025
13:13
380

Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin İkinci Qurultayı keçiriləcək

Cari ilin 28 iyun tarixində Tbilisidə "Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin II Qurultayı" keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə "Maarif" təşkilatının direktoru Aygül İsayeva məlumat verib. 

O qeyd edib ki, qurultayın məqsədi dövlət qurumlarının diqqətinə azərbaycandilli məktəblərdə yaşanan problemləri və həlli yollarını çatdırmaq, fıkir mübadiləsi aparmaq və perspektivləri müəyyən etməkdir.

Panel müzakirələrdə məruzəçilər kadr çatışmazlığı, ana dili, dövlət dili, ikidilli (bilinqual) təhsil sistemi, inklüziv təhsil, dərsliklərdəki problemlər, infrastruktur məsələləri və s. mövzulara toxunacaqlar. Qurultayda azərbaycandilli məktəblərdə dərs deyən müəllimlərlə yanaşı, dövlət qurumlarının, diplomatik korpusların və təhsil sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, müstəqil Gürcüstanın tarixində müəllimlərin birinci qurultayı 2023-cü ildə təşkil edilmişdir.

Bizimlə əlaqə saxlayın