Gürcüstanın Daxili İşlər Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Nazirliyin yaydığı rəsmi məlumata görə, dəyişikliklər sistemin daha da gücləndirilməsi və inkişafını məqsəd edir.
Yenidən təyinatlara əsasən:
Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teimuraz Kupatadze Mühafizə Polisi Departamentinin rəhbəri vəzifəsinə təyin olunub;
Mərkəzi Kriminal Polis Departamentinin yeni direktoru həmin departamentin direktor müavini David Kiknadze olub;
Tbilisi Polis Departamentinin direktoru vəzifəsinə Vaja Siradze təyin edilib;
Tbilisi Polis Departamentinin direktor müavini Levan Maisuradze Patrul Polisi Departamentinin direktoru olub;
Tbilisi Polis Departamentinin direktoru Laşa Qogniashvili Kaxeti Polis Departamentinin rəhbəri vəzifəsinə keçirilib;
Kaxeti Polis Departamentinin direktoru Teimuraz Kalandadze Mtsxeta-Mtianeti Polis Departamentinə rəhbər təyin edilib;
Kvemo Kartli Polis Departamentinin yeni direktoru Levan Kvitsiani olub;
Kvemo Kartli Polis Departamentinin sabiq rəhbəri Quram Natsvlişvili Samtsxe-Cavaxeti Polis Departamentinə rəhbər göndərilib;
Samtsxe-Cavaxeti Polis Departamentinin rəhbəri Ramaz Tataraşvili İmereti Polis Departamentinin direktoru olub;
İmereti Polis Departamentinin direktoru Zaza Tsxakaia Quria Polis Departamentinə təyin olunub;
Şida Kartli Polis Departamentinə Tbilisi Polis Departamentinin direktor müavini Kaxaber Muradaşvili rəhbərlik edəcək.
Nazirlikdən bildirilib ki, bu dəyişikliklər hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi və daha effektiv fəaliyyət üçün həyata keçirilib.
