
Marneulidə bazar ərazisindən kənarda olan meyvə-tərəvəz tezgahlarını toplayırlar - Satıcılar etiraz edir
Marneuli bazar ərazisindən kənarda yerləşən mağazaların önündə fəaliyyət göstərən meyvə satıcıları Marneuli Bələdiyyəsinin Nəzarət Xidmətinin müdaxiləsi ilə üzləşiblər.
InterPress.ge xəbər verir ki, Nəzarət Xidməti əməkdaşları mağaza önündə və bazar kənarında yerləşdirilən meyvə-tərəvəz tezgahlarının yığışdırılmasını tələb edərək, satıcılara xəbərdarlıq ediblər ki, göstərişə tabe olunmadığı təqdirdə cərimə tətbiq olunacaq.
Satıcılardan şəxsiyyət vəsiqəsi tələb edildiyi bildirilir. Sənədi təqdim etməyənlərə isə əməkdaşlar fotoşəkil çəkərək protokol tərtib olunacağını bildiriblər. Bu hal bəzi satıcıların narazılığına səbəb olub.
Onların sözlərinə görə, mağazanı onlara kirayə verən şəxslər obyektin qarşısında bu şəkildə məhsul yerləşdirilməsinə icazə olduğunu deyiblər.
Hazırda tərəflər arasında bu məsələ ilə bağlı gərginlik yaşanır. Satıcılar veyvə-tərəvəzləri satamadığlarını və xarab olduğunu qeyd edirlər. Tələb olnan qaydada isə daha böyük zərər görəcəklərini deyirlər.