09 
Iyn
2025
12:16
235

Mamuka Xazaradze məhkəmə iclasını tərk etdi

"Lelo - Güclü Gürcüstan" partiyasının lideri Mamuka Xazaradze ona qarşı açılmış cinayət işi üzrə keçirilən məhkəmə prosesində zalı etiraz əlaməti olaraq tərk edib.

InterPress.ge xəbər verir ki, bu qərarı o, hakim Zviad Şaradzenin müdafiə tərəfinin Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının üzvlərinin dindirilməsi barədə vəsatətini təmin etmədikdən sonra qəbul edib.

“Mənim bu məhkəmə ilə işim yoxdur. İstədiyiniz qərarı qəbul edin”, – deyə o, hakimin ünvanına bildirib.

Xazaradze daha əvvəl çıxışında hakimə vəsatətin təmin edilməsinin vacibliyini ətraflı şəkildə əsaslandırıb və məhkəmə sisteminə inamının olmadığını bildirib:

“Şəxsi olaraq sizə qarşı heç nə demirəm. Qərarın verilməsini gözləyəcəyəm, lakin bu sistemə etibarım yoxdur və bunun üçün ciddi əsaslarım var. Mənə bu maddə ilə maksimum bir il həbs cəzası kəsilə bilər. Prokurorluq deyir ki, cinayət baş verib, guya Xazaradze göstərişə tabe olmayıb, amma qarşı tərəfi dindirmirlər ki, görək nə baş verib, nə üçün çağırışa getməyib, onun əsaslandırması olubmu?

Əgər bu futbol oyunu birtərəfli oyundur, onda deyin və mən məhkəməyə gəlməyim. İstədiyinizi qərar verin. Mən qorxduğum üçün yox, nəyisə sübut etmək üçün burda deyiləm. Onsuz da sübut edə bilməyəcəyimi bilirəm. Amma bu nə sistemdir belə? Bu nə məhkəmədir, nə prokurorluq? Çağırın Tsulukiani və Subelianini, onların mövqeyini dinləsin ictimaiyyət. Əgər bunu etmirsinizsə, onda mən gedirəm və məni tutun. Dörd ildir bu məhkəmədə süründürülürəm, o vaxt da absurd işlə 9 illik cəza verildi. O zaman da gizlənmədim. İndi isə siz bu oyunu davam etdirirsiniz, təkcə Mamuka Xazaradzeni dindirirsiniz, amma digər 7 nəfəri çağırmırsınız. Prokurorlar gülür – burada nə gülməlidir? Bu kinayə sizə və sisteminizə geri qayıdacaq”, – deyə Xazaradze sərt çıxış edib.

Xatırladaq ki, Mamuka Xazaradze Gürcüstan Parlamentində yaradılmış müvəqqəti istintaq komissiyasına izahat verməyə çağırılmış, lakin iştirak etməmişdi. Bundan sonra ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə tərəfindən ona 50 000 lari məbləğində girov təyin olunub və Xazaradze bu məbləği qanunla müəyyən edilmiş müddətdə ödəyib.

Qeyd olunan maddəyə əsasən, parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi cərimə, bir ilədək həbs və ya üç ilədək vəzifə tutmaq hüququndan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər