
2025-ci ilin ilk rübündə Gürcüstana ən çox hansı ölkələrdən beynəlxalq ziyarətçi gəlib? - SİYAHI
2025-ci ilin birinci rübündə Gürcüstana 1.17 milyon beynəlxalq ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.3%-lik artımı göstərir.
InterPress.ge xəbər verir ki, nu barədə məlumat “TBC Capital”ın araşdırmasında yer alıb.
Ən çox turist Türkiyədən gəlib – ümumi ziyarətçilərin 18.75%-i, ikinci yerdə Rusiya (18.25%), üçüncü yerdə isə Ermənistan (15.08%) qərarlaşıb.
Ölkələr üzrə turist axını belə bölünüb:
Türkiyə – 225 min nəfər (19.23%)
Rusiya – 219 min nəfər (18.7%)
Ermənistan – 181 min nəfər (15.43%)
İsrail – 81 min nəfər (6.92%)
Azərbaycan – 65 min nəfər (5.56%)
İran – 27 min nəfər (2.31%)
Hindistan – 26 min nəfər (2.22%)
Ukrayna – 24 min nəfər (2.05%)
Qazaxıstan – 22 min nəfər (1.88%)
Belarus – 17 min nəfər (1.45%)
Ən kəskin artım isə İsraildən gələn turistlərin sayında müşahidə olunub. Belə ki, 2024-cü ildə bu göstərici 46 800 nəfər təşkil edirdisə, 73%-lik artımla 2025-ci ildə 81 min nəfərə çatıb.