
İlon Mask Trampın impiçmentinə dəstək verir
“Tesla” şirkətinin rəhbəri və milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın impiçmentinə dəstəyini bildirib.
InterPress.ge xəbər verir ki, o, sosial şəbəkədə istifadəçinin “Tramp impiç olunmalı və JD Venslə əvəzlənməlidir” məzmunlu paylaşımına “Bəli” cavabını yazıb.
Xatırladaq ki, son günlər Tramp və Mask arasında qarşılıqlı tənqidlər güclənib. Mask ötən gün paylaşımında yazıb ki, “əgər o olmasaydı, Tramp seçkiləri uduzardı”. Tramp isə cavab olaraq Maskı “dəli” adlandırıb və onun dövlətlə bağladığı milyardlarla dollar dəyərindəki müqavilələri ləğv etməklə hədələyib.
Trampın sözlərinə görə, “büdəcədə milyardlarla dolları qənaət etməyin ən sadə yolu İlon Maskın hökumət subsidiyaları və müqavilələrini ləğv etməkdir. Təəccüblüdür ki, Bayden bunu etmədi!”
İlon Mask isə daha sonra sosial şəbəkədə yazıb ki, Tramp “Epşteynin sənədlərində yer alır” və bu səbəbdən həmin sənədlərin hələ də ictimaiyyətə açıqlanmadığını iddia edib.