06 
Iyn
2025
11:48
788

Səxsiyyət vəsiqələri ilə bağlı yeni qərar təxirə salındı

Gürcüstanda yenilənmiş dizayna malik elektron şəxsiyyət vəsiqələrinin, müvəqqəti və daimi yaşayış icazəsi vəsiqələrinin, eləcə də müvəqqəti şəxsiyyət sənədlərinin verilməsi 2025-ci il avqustun 1-dək təxirə salınıb.

InterPress.ge xəbər verir ki, əvvəlki qərara əsasən, bu dəyişikliklər 2024-cü il iyunun 4-dən qüvvəyə minməli idi. Lakin yeni qərarda sənədlərin verilmə müddətinin uzadılması nəzərdə tutulur. Bundan əlavə, sənədlərdə sifarişçi və istehsalçının adları yalnız baş hərflərlə qeyd olunacaq və sənəddə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin qeydiyyat nömrəsi də əks olunacaq.

Qanuna təhlükəsizliklə bağlı da dəyişiklik əlavə olunub – yeni sənədlərdə məxfi hesab olunan inteqrasiya olunmuş 4-cü səviyyəli təhlükəsizlik nişanı olacaq.

Eyni zamanda, yeni dizaynda pasportların verilməsi də 2025-ci ilin avqustun 1-dən başlanacaq.

Bizimlə əlaqə saxlayın