Bu gün – 6 iyun tarixində, İstanbul-Batumi reysi ilə hərəkət edən "Turkish Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Batumi hava limanına saat 09:30-da ilk cəhddə enə bilməyib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı "Batumelebi" yayıb.
Hazırda təyyarə hava limanına eniş etməyə ikinci cəhd göstərir.
Yeniləmə: Təyyarə təxminən səhər saat 10:12-də Batumi hava limanına enib.
