Bu gün Batumda müsəlman icması Qurban bayramını qeyd edir.
ƏnterPress.ge xəbər verir ki, səhər saatlarından etibarən inanclılar şəhərin baş məscidinə toplaşıblar. Bayram namazını Gürcüstanın müftisi Adam Şantadze qıldırıb.
Müsəlmanların bildirdiyinə görə, qurban kəsilən ev heyvanlarının əti yaxınlara və ehtiyacı olanlara paylanacaq, həmçinin mərhumların məzarları ziyarət olunacaq.
Bayram münasibətilə müsəlman icmasına təbriklərini yerli hökumət nümayəndələri də çatdırıblar.
