05 
Iyn
2025
22:16
116

Tbilisidə etirazlar aksiyası davam edir

Tbilisinin mərkəzi – Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb. Aksiyanın fasiləsiz olaraq davam etdiyi 190-cı günündə də vətəndaşlar parlament binası qarşısında toplaşaraq avtomobil yolunu bağlayıblar.

Etirazçıların tələbləri dəyişməz qalır – yeni parlament seçkilərinin təyin olunması və etiraz aksiyaları dövründə saxlanılan şəxslərin azadlığa buraxılması.

Aksiya zamanı parlament qarşısına həmin dövrdə həbs edilmiş şəxslərin valideynləri və ailə üzvləri də yürüşlə gəlib. Onlar “Vicdan məhbuslarına azadlıq” şüarı yazılmış bannerlə yürüş edərək parlament qarşısında davam edən etirazlara qoşulublar.

Eyni zamanda, aksiya Gürcüstan İctimai Yayım Şirkətinin binası qarşısında da keçirilib. Buradan etirazçılar yürüş təşkil edərək Rustaveli prospektinə doğru hərəkət edib və parlament binası qarşısında keçirilən əsas aksiyaya birləşiblər.

Bizimlə əlaqə saxlayın