05 
Iyn
2025
14:32
344

Ceyhun Məhəmmədəli: “Marneulidə qanlı insident polisin binası qarşısında baş verdi – hüquq-mühafizə orqanları hara baxırdı?”

Siyasətçi Ceyhun Məhəmmədəli Marneulidə baş verən qanlı insidentlə bağlı sosial şəbəkədə paylaşım edib.

InterPress.ge xəbər verir ki, bu barədə Məhəmmədəli öz Meta (Facebook) hesabında yazıb.

Onun sözlərinə görə, Marneulidə Polis və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) binası qarşısında baş verən atışma nəticəsində bir nəfər ağır yaralanıb və vəziyyəti kritik olaraq qiymətləndirilir.

Siyasətçi qeyd edir ki, bu qarşıdurma əslində 3 ay əvvəl başlayıb və bu, münaqişə tərəfləri arasında artıq üçüncü qanlı insidentdir.

“Marneulinin mərkəzində bu cür hadisələr daha əvvəl də iki dəfə baş verib. Hüquq-mühafizə orqanları indiyə qədər hara baxırdı? Sonda məsələ o yerə çatmalıydı ki, polis binasının qarşısında qanlı qarşıdurma yaşansın?” – deyə Məhəmmədəli sual edir.

Xatırlatladaq ki, iyunun 4 dündə Marneulidə Meydan (Ploşat) ərazisində silahlı atışma baş verib. Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib ki, Marneulidə baş verən sonuncu insidentlə bağlı isti izlərlə keçirilən əməliyyat nəticəsində iki nəfər - 2003-cü il təvəllüdlü E.M. və 2005-ci il təvəllüdlü R.G. saxlanılıb. Onlara qarşı odlu silahın qanunsuz dövriyyəsi və qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. Yaralanan 1998-ci il təvəllüdlü V.G. xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı istintaq davam edir.

 

B

Bizimlə əlaqə saxlayın