05 
Iyn
2025
12:23
222

İrakli Kobaxidze: “Ədalətli yanaşma olarsa, Gürcüstan 2030-cu ildə Aİ-yə üzv olmağa tam hazır olacaq”

"Əgər Avropa İttifaqı tərəfindən ədalətli yanaşma təmin olunarsa, Gürcüstan 2030-cu ildə Aİ-yə üzvlüyə tam hazır olacaq."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu həm Gürcüstanın məqsədi, həm də ölkənin konstitusiyasında əks olunmuş hədəfdir.

“Əgər ədalətli yanaşma olarsa, bu, mütləq baş verəcək. Biz ümid edirik ki, Avropa İttifaqında münasibətlər və yanaşmalar sağlamlaşacaq”, – deyə Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir əlavə edib ki, bu dəyişikliklər təkcə Gürcüstan üçün deyil, həm də Avropa İttifaqının özünün sağlam inkişafı üçün vacibdir.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan tərəfi bütün mövzularda faktlara əsaslanan dialoq və məsləhətləşmələrə açıqdır, lakin tez-tez bu çağırışlara konkretlikdən uzaq, sərt və ümumi bəyanatlarla cavab verilir.

“Biz bütün məsələlərlə bağlı daim məsləhətləşmələr və faktlara əsaslanan müzakirələr istəyirik. Təəssüf ki, tez-tez konkret faktlar olmadan sərt və ümumi açıqlamalar eşidirik. Biz hər dəfə narazılığımızı bildirəndə, bunu faktlara əsaslanaraq edirik. Bu, sağlam və avropasayağı yanaşmadır”, – deyə o bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər