04 
Iyn
2025
12:34
243

“Eurobarometr”: Gürcüstanda Aİ-yə etimad 9% azalıb

Gürcüstanda Avropa İttifaqına (Aİ) olan etimad 9% azalaraq 49%-ə bərabər olub.

InterPress.ge xəbər verir ki, bu barədə 2025-ci ilin yazında keçirilmiş “Eurobarometr” sorğusunun nəticələrində qeyd olunub.

Sorğu 2025-ci il martın 27-dən aprelin 17-dək aparılıb və ümumilikdə 1011 nəfər respondent iştirak edib.

Nəticələrə əsasən:

Gürcülərin 49%-i Aİ-yə etibar etdiyini bildirib (2024-cü ilin payızında bu göstərici 58%, 2024-cü ilin yazında isə 66% idi);

Aİ-yə mənfi münasibət bildirənlərin sayı artaraq 18%-ə çatıb (2024-cü ilin payızında – 10%, 2024-cü ilin yazında – 7%).

Bundan əlavə:

Gürcüstanın Aİ-yə üzvlüyünü müsbət dəyərləndirənlərin sayı 60%-ə düşüb (2024-cü ilin payızında – 69%, 2024-cü ilin yazında – 74%);

Aİ-yə üzvlükdən ölkənin fayda əldə edəcəyini düşünənlərin faizi 75%-ə enib (2024-cü ilin payızında – 82%, 2024-cü ilin yazında – 86%).

Eyni zamanda sorğuya görə, 2025-ci ilin yazında gürcülərin 45%-i parlamentə, 51%-i isə hökumətə etibar edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər