Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Marta Kos: Gürcüstanın Aİ ilə inteqrasiya yoluna qayıtması yalnız hakimiyyətin demokratiyadan uzaqlaşmanı dayandıracaq inandırıcı addımlar atacağı halda mümkündür

294
Marta Kos: Gürcüstanın Aİ ilə inteqrasiya yoluna qayıtması yalnız  hakimiyyətin demokratiyadan uzaqlaşmanı dayandıracaq inandırıcı addımlar atacağı halda mümkündür
Dinləmək üçün basın

Gürcüstanda son qəbul edilən “xarici agentlərin qeydiyyatı haqqında” qanun ölkənin demokratik əsaslarını təhlükə altına qoyur və Aİ-yə inteqrasiya prosesində ciddi geriləməni nümayiş etdirir.

Gürcüstanda son qəbul edilən “xarici agentlərin qeydiyyatı haqqında” qanun ölkənin demokratik əsaslarını təhlükə altına qoyur və Aİ-yə inteqrasiya prosesində ciddi geriləməni nümayiş etdirir.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin fövqəladə iclasında bildirib.

 Kos bildirib ki, Gürcüstanın Aİ-yə namizəd statusu alması avtomatik olaraq irəliləyiş anlamına gəlmir və hazırkı hadisələr bu yolun geri dönülə biləcəyini açıq şəkildə göstərir.

“Müxtəlif qanunlarla – xarici agentlərin qeydiyyatı, yayım və qrantlarla bağlı qanunvericilik dəyişiklikləri – Gürcüstan hakimiyyəti Avropa dəyərlərindən uzaqlaşır. Bu, demokratiya üçün ciddi təhlükədir. Gürcü xalqı Avropa İttifaqını açıq şəkildə dəstəkləyir, minlərlə insan küçələrdə Aİ bayraqları ilə yürüş edir, amma hökumət əks istiqamətdə gedir,” – deyə o bildirib.

Komissar vurğulayıb ki, Aİ ilə inteqrasiyanın bərpası yalnız Gürcüstan hakimiyyətinin demokratiyadan uzaqlaşmanı dayandıracaq inandırıcı addımlar atacağı halda mümkündür. O, həmçinin ölkədə ədalətsiz şəkildə həbs olunmuş jurnalistlərin, fəalların və siyasi liderlərin azadlığa buraxılmasına çağırıb.

“Cavabdehlik tam şəkildə Gürcüstan hökumətinin üzərinə düşür,” – deyə Marta Kos bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →