Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Gürcüstanda İT sahəsində çalışan əcnəbilər üçün xüsusi yaşayış icazəsi tələb olunacaq

307
Gürcüstanda İT sahəsində çalışan əcnəbilər üçün xüsusi yaşayış icazəsi tələb olunacaq
Dinləmək üçün basın

Gürcüstanda informasiya texnologiyaları (İT) sahəsində çalışan əcnəbilərə xüsusi yaşayış icazəsi tətbiq ediləcək.

Gürcüstanda informasiya texnologiyaları (İT) sahəsində çalışan əcnəbilərə xüsusi yaşayış icazəsi tətbiq ediləcək.

InterPress.ge xəbər verir ki, bu icazə yalnız Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş İT sahəsində çalışan əmək miqrantları və onların ailə üzvlərinə, eləcə də Gürcüstanda kiçik sahibkarlıq statusuna malik olan və bu sahədə fəaliyyət göstərən xarici fiziki şəxslərə və onların ailə üzvlərinə, həmçinin İT sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və onların nümayəndələrinə şamil olunacaq.

Yaşayış icazəsinin bu yeni növü “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər çərçivəsində tətbiq olunur. Qanun layihəsi “Gürcü Arzusu” partiyasının deputatları tərəfindən hazırlanıb və artıq parlamentə təqdim edilib.

Layihəyə əsasən, İT sahəsində çalışan əmək miqrantları və kiçik sahibkarlıq statusuna malik olan əcnəbi fiziki şəxslər, agentliyə bu sahədə minimum iki illik iş və ya iqtisadi fəaliyyət təcrübəsini təsdiq edən sənəd, eləcə də illik gəlirin 25 000 ABŞ dolları ekvivalentindən az olmadığını göstərən arayış təqdim etməlidirlər.

Bu müvəqqəti yaşayış icazəsi ilkin olaraq 3 il müddətinə veriləcək və hər dəfə 3 illik dövrlərlə uzadıla bilər, lakin ümumi müddət 12 ili keçməməlidir.

Eyni zamanda layihəyə görə, İT sahəsində çalışan şəxsin yaşayış icazəsi ləğv olunacaq, əgər o, ardıcıl istənilən 12 ay ərzində Gürcüstanda faktiki olaraq 183 gündən az müddətdə qalarsa. Gürcüstanda qalma müddətinə, həmçinin müalicə məqsədilə ölkədən çıxılan müddət də daxil ediləcək.

İT sahəsində çalışanların Gürcüstan ərazisində faktiki qalma müddətinə nəzarət qaydası isə hökumət tərəfindən müəyyən ediləcək.

Parlament bu qanun dəyişikliyini təcili qaydada müzakirəyə çıxarmağı planlaşdırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →